9 Yanvar 2018 13:47
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-2017-ci tədris ilində Türkiyə universitetlərində 103 min 727 xarici tələbə təhsil alıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Ankaradakı Ekonomika və Texnologiya Universitetinin professoru Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, Türkiyədə təhsil alan əcnəbi tələbələr sırasında birinci yerdə azərbaycanlılardır:

“Türkiyədə Azərbaycandan 15 min 36 tələbə təhsil alır. İkinci yerdə 14 min 765 tələbə ilə Suriya gəlir. Türkmənistan isə 10 min 642 tələbə ilə ilk "üçlüy"ə daxil olub.

Ümumilikdə qardaş ölkədə təhsil alan əcnəbi şagird və tələbələrin sayı 795 min 962 nəfərdir. Bu siyahıya orta məktəblərdə, təhsil mərkəzlərində, müvəqqəti təhsil qurumlarında təhsil alan əcnəbilər də daxildir”.


Müəllif: Cavad

Oxşar xəbərlər