12 Yanvar 2018 12:23
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər məlum olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunub ki, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.

Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə,vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.

Bildirilir ki, mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində vilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s.

Eyni zamanda qeyd olunur ki, tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılmalıdır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s.

“Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq üilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s.”, - deyə qeyd olunur.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər