Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılovla vida görüşü keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə 3 illik əməkdaşlığın yekunları və müxtəlif istiqamətlərdə həyata keçirilmiş layihələr barədə müzakirələr aparılıb.
Z.Pataradze azərbaycanlı diplomata məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Qeyd edək ki, R.İsmayılov 2015-ci ildən etibarən Azərbaycanın Batumi səhərindəki baş konsulu olub. Azərbaycan prezidentinin 29 yanvar tarixli sərəncamı ilə R.İsmayılov vəzifəsindən geri çağırılıb. (APA)