1 Fevral 2018 21:25
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələr başlanılıb.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, 15 dekabr 2017-ci il tarixində 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi 6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi 3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi 1 vakant vəzifə), Energetika Nazirliyi 2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi 17 vakant vəzifə), Səhiyyə Nazirliyi 1 vakant vəzifə), Təhsil Nazirliyi 2 vakant vəzifə) və Dövlət Statistika Komitəsi 1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Qeyd edilən vakant vəzifələr üzrə 62 namizəd qeydiyyatdan keçib. Bu gündən artıq Ekologiya Nazirliyində mövcud olan vakant vəzifələr üzrə ümumi müsahibələr başlıyıb.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər