8 Fevral 2018 16:40
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziyalarda müğənnilərin ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinq aparılması məsələsinə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Report-a açıqlamasında deyib ki, şura yalnız aparıcıların ədəbi dil normalarına əməl edib-etmədiyini öyrənmək üçün monitorinqlər aparır.

T.Dadaşov qeyd edib ki, verilişlərin digər iştirakçılarının dil qüsuruna görə yayımçıya qarşı konkret tələblər yoxdur: “Yayımçılar efirə dəvət olunan hər kəsin dil qüsuruna cavabdeh ola bilməzlər. Lakin əlbəttə ki, efirdə təmiz ədəbi dildən istifadə məsələsinə diqqət edilməlidir. Bununla belə, əgər veriliş iştirakçılarından kiminsə nitqində ədəbsiz ifadə, söyüş səslənərsə, yayımçı bunun qarşısını almağa borcludur. Əks təqdirdə, yayımçı məsuliyyət daşıyır”.

Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər