Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir. Bezməyin, soyuqqanlı qalın.
Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər.
Buğa - ehtiyatlı olun, günün ilk yarısında ciddi problemlər yarana bilər. Onların həlli ilə ciddi şəkildə məşğul olun. Məntiqli olun, vaxtınızı mənasız işlərə həsr etməyin. İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın.
Planları reallaşdırmağa başlayanda effektiv fəaliyyət göstərin.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar istisna deyil. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Sizə inanan insanların etimadını doğrultmağa çalışın. Səfər və ya səyahət pis alınmayacaq. Şəxsi münasibətlərdə aktivləşin. Qətiyyətli olsanız, çoxdankı arzulardan birini çin edə bilərsiniz. Gəlirin məbləği böyük olmasa da, pullar işinizə yarayacaq.
Alış-verişdə ifrat simiclik etməyin.
Əkizlər - bəyəndiyiniz və ya maraqlandığınız işlə məşğul ola bilərsiniz. Ən müşkül məsələnin həllində yaradıcı fantaziyanızı işə salın. İdeyalarınızın kreativ olmasına çalışın.
Fiziki təmrinləri də unutmağa dəyməz. Xoş əhvallı, nikbin olun. Rutin məsələlər və ya qəflətən yaranan problemi əhvalınızı əsla korlamamalıdır.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi yüksək olacaq. Sevdiyiniz insanı sevindirin. Dost və ya tanışların müraciəti axşamla bağlı planların dəyişməsinə səbəb ola bilər.
Xərçəng - ən adi işlərlə yanaşı, mühüm məsələlərin çözülməsi üçün yaxşı zamandır. Bununla belə, genişmiqyaslı və yeni layihəyə başlayarkən səbrli olun, aramla davranın. İndi ağır işə başlamaq üçün əlverişli zamanın axtarılması vaxtıdır.
Günün ikinci yarısında işgüzar danışıqlar aparmaq olar. Yaxınlarınız sizi dəstəkləyəcək, planlarızın reallaşdırılmasında yardım edəcəklər. Ailədə nüfuzunuz artacaq.
Axşam saatlarını açıq havada keçirin.
Şir - kütlədən fərqlənməyə çalışın, boz və yeknəsək fərd olmayın. Diqqət mərkəzində olacaqsınız. Dediyiniz sözləri unutmayacaqlar.
Sizə paxıllıq edən insanın toruna düşməyin. Əməllərinizə fikir verin. Kimin rəqib, kimin də dost olduğu az sonra aydınlaşacaq.
Ailə həyatı xoşdur. Axşam saatlarında romantik hisslər istisna deyil.
Qız - peşəkar fəaliyyətiniz kommunikasiyalar və ünsiyyətlə bağlıdırsa, yaxşı vaxtdır. Nigaran qalmayın, problemlər olmayacaq. İmiclə eksperimentləri unutmayın. Zövqsüz fərd təsiri bağışlamayın. Qəlizləşən situasiyadan çıxış yolu tapmaq üçün orijinal, cəsarətli variantı seçə bilərsiniz.
Günün ikinci yarısında xoşagəlməz, abırsız insanla danışmalı olacaqsınız. Bu mükaliməni tezliklə unutmağa çalışın. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında yaxşı istirahət edin.
Tərəzi - qətiyyətli olun, iradəli qərarlar qəbul edin. Laübəli və bədgüman əməllər fəsadlara səbəb ola bilər. Soyuqqanlı olun, mövqelərinizi konkretləşdirin. Hədəfləri müəyyənləşdirəndən sonra irəliləməyə başlayın. Ötənlərdəki uğursuzluqlar sizdə bədbinlik yaratmamalıdır.
Günün ikinci yarısında yaxınlarınız sizdən diqqət və qayğı istəyirlər. Onları anlayın, yardıma ehtiyacı olanlara kömək edin. Cəsarətli olun, riskdən çəkinməyin. Arzunuza doğru aparan yoldan kimsə və ya nəsə sizi sapdırmamalıdır.
Əqrəb - bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz olunması üçün yaxşı zamandır. Problemlərin həllində kreativ olun. Müzakirələr və danışıqlar aparın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün praqmat davranın.
Günün ikinci yarısında davranışınıza fikir verin. Hisslərə nəzarət etmək çətin olsa da, bunu bacarın.
Sevdiyiniz insanla və yaxınlarınızla münasibətlərinizdə hissləriniz tarıma çəkilə bilər. Ekstravaqant addım və ya qərar sizi sinirləndirməsin. Yeni tanışlıqlar istisna deyil. Amma onlar ani olacaqlar.
Oxatan - yarımçıq qalmış işləri tamamlamağa başlayın. Necə fəaliyyət göstərəcəyinizi, hansı istiqamətə üstünlük verəcəyinizi müəyyənləşdirin. İşlərə dostlarınızı və yaxınlarınızı da cəlb edə bilərsiniz. Məqsədə çatmaq üçün effektiv hesab etdiyiniz vasitələrdən yararlanın.
Günün ikinci yarısında planları həyata keçirmək üçün bütün şanslarınız var.
Dostlarınızı qonaq dəvət edə bilərsiniz. Axşam saatlarını əyləncəyə həsr edin. Görüşlər olacaq, amma onlar uzunmüddətli əlaqələrə çevrilməyəcəklər.
Oğlaq - yaxşı tanımadığınız insanların məclisində olanda sayıq olun. Bələd olmadığınız insanlara sirlərinizi verməyin. Dünyaya həddən artıq nikbin baxmayın. Sərvaxtlığı əldən verməyin. Emosiyalarınıza nəzarət edin. Vaxtında dayanmağı, sonradan peşmançılıq və təəssüf hissləri yaradacaq addımları atmamağı bacarın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə ideallara qapılmayın. Dəyər verdiyiniz insanla bağlı illüziyaların heç bir əsası yoxdur. Bununla belə, sevdiyiniz insandan dəstək və qayğıkeşlik görəcəksiniz.
Bununla belə, təmkinli davranın.
Dolça - çoxdan hazırladığınız planlardan və ya ideyalarından birini reallaşdırmaq olar. Hadisələrin məcrasına süni təkan verməyin. Müdaxilələr yolverilməzdir. İzafi tələskənlik yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirə bilər.
Günün ikinci yarısında normal fəaliyyət göstərin. Fiziki durumunuzu yaxşılaşdırın. Ev işlərinin öhdəsindən gələndə aramla çalışın.
Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla ikilikdə qala bilərsiniz.
Balıqlar - enerjiniz və qüvvəniz çox olduğundaqn aktiv fəaliyyət göstərin. Yeni ideyalar istisna deyil. Zahiri görünüşünüzə fikir verin. Qidalanmanız rasional və sağlam olmalıdır. Ənənəvi sistemdən kənara çıxmayın.
Günün ikinci yarısında əhvalınız pis olmayacaq. Ailə üzvlərinin qayğısına qalın, onların durumu ilə yaxından maraqlanın. Problemlərin həllində laqeydlik göstərməyin. Subaysınızsa, axşam saatlarında maraqlı insanla qarşılaşa bilərsiniz.