Bu ölkədə hələ də 23 fevralı - vaxtı ilə Azərbaycanı işğal edən, minlərlə həmvətənimizi, soydaşımızı şəhid edən, 20 Yanvarda Bakını qana boyayan Qırmızı ordunun yaranma gününü bayram kimi qeyd edənlər var.
Təəssüf ki, Azərbaycanın milli maraqlarına cavab verməyən bu bədnam tarixi xüsusi gün kimi qeyd edənlər arasında məşhur şirkətlər də var.
Onlardan biri də "İdeal" parfumeriya və kosmetika mağazasıdır.
Mağaza 1918-ci ilin 23 fevral tarixində yaradılmış işğalçı Qızıl Ordunun yaranması gününü bayram edənlər üçün kampaniya başladıb. Xüsusilə 23 fevral tarixi üçün nəzərdə tutulmuş kampaniya çərçivəsində bir kişi ətiri alana ikinci ətir 50 faiz endirimlə verilir. Kampaniya 1 günlük nəzərdə tutulub.
"İdeal" mağazalar şəbəkəsi biabırçı elana hələ də aydınlıq gətirməyib. Mağaza rəhbərliyində təmsil olunanlar ya Qırmızı ordunun yaranmasının Azərbaycan üçün heç bir müsbət əhəmiyyətini olmadığının fərqinə varmırlar, ya da müstəqilliyimizə qənim kəsilmiş bir qoşuna simpatiya bəsləyirlər.