Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 1-i axşamdan martın 2-si səhərədək müşahidə olunan hava şəraitini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Telıeqraf.com-a verilənməlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisindəhava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan MR-da 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21, Xaltanda 1 sm olub.