5 Mart 2018 14:22
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gənclərin məşğulluğunun artırılması məqsədilə aparılan işlərə dəstək göstərən “Gilan Holding” ADA Universitetində keçirilən Karyera günlərində iştirak edib.

Karyera sərgisində “Gilan Holding” işə qəbul şöbəsinin əməkdaşları ilə təmsil olunub. Tələbələrə iş üçün müraciət etmək imkanı yaradılıb.

“Gilan Holding”in əməkdaşları təhsil müəssisənin tələbə və məzunları üçün təqdimatlar edərək məşğulluq bazarı barədə məlumat veriblər, uğurlu karyera qurmaq barədə fikirlərini paylaşıblar.

Karyera günlərində iştirak edən “Gilan Holding” ADA Universiteti tərəfindən "Ən aktiv işəgötürən" nominasiyasında mükafata layiq görülüb. Mükafatı ADA Universitetinin rektoru, professor Hafiz Paşayev təqdim edib. Mükafatı qəbul edən “Gilan Holding” insan resursları departamentinin direktoru Allahverdi Bağırov "Ən aktiv işəgötürən" nominasiyasına layiq görüldüklərinə görə Hafiz Paşayevə təşəkkür edib. A.Bağırov artıq bir neçə il istər ADA, istər digər universitetlərin məzunlarının holdinqdə işlə təmin edildiyini xatırladaraq gələcəkdə də karyera sərgilərində aktiv iştirak edəcəklərini qeyd edib.

Qeyd edək ki, “Gilan Holding” ADA Universitetində karyera yarmarkasında, eləcə də Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində martın 1-də keçirilən I Karyera sərgisində iştirak edib.

Bundan əlavə, “Gilan Holding” martın 10-da Qərb Universitetində keçiriləcək Karyera yarmarkasında da iştirak edəcək.

Bu sərgi və yarmarkalarda “Gilan Holding” gənc namizədlərlə ünsiyyət qurur, onlara vakansiyalar haqqında məlumat verir, suallarını cavablandırır və özü üçün potensial kadrları seçir.

“Gilan Holding” daim gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu işlərə öz töhfəsini verməyə çalışır./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər