Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İnstaqram sosial şəbəkəsinə qoşularaq ilk paylaşımını 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, “emineerdogan” istifadəçi adı ilə qeydiyyatdan keçən Əminə Ərdoğan paylaşımında qadınlara təbrik mesajı ünvanlayıb.
“Dünyanın hər bir tərəfindən, cəmiyyətin hər kəsimindən olan qadınlarla həmişə birgə olmuşuq. Bütün qadınların 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edirəm”, - deyə Əminə Ərdoğan qeyd edib.
Əminə Ərdoğan müxtəlif təşkilatların üzvləri olan qadınlarla birlikdə çəkilən 4 fotoşəkli izləyicilərlə paylaşıb. Fotolar 5 mindən çox İnstaqram izləyicisi tərəfindən bəyənilib.