Biz Gürcüstanda vətəndaşlarımızın normal, rahat yaşamaları üçün hər cür şərait yaradırıq. Azərbaycanlılar güclü Gürcüstan dövlətinin yaradılmasında və inkişafında xüsusi ilə fərqlənirlər. Biz azərbaycanlılarla birlikdə ölkəmizin gələcəyini qururuq və birlikdə vahid Gürcüstanda yaşayacağıq.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Novruz bayramı ilə əlaqədar azərbaycanlılara ünvanladığı təbrik məktubunda.
Təbrik məktubunda, həmçinin deyilir: “Biz birlikdə bir ailəyik və güclü dövlət qururuq. Biz həm də, əsrlərdir ki, Novruz bayramını birlikdə qeyd edirik”.