29 Mart 2018 12:37
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:03

Azərbaycan ərazisində zəif toz dumanı müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Teleqraf.com-a verilən məlumata görə, mütəxəssislərin apardığı monitorinqlərin nəticələrinə əsasən 29-30 mart tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlikdən verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər