30 Mart 2018 14:12
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Aydın Əliyev qəbuldan öncə ulu öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Sabirabad, Şirvan, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər