19 Aprel 2018 17:54
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini icra edən Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, ilkin informasiyaya əsasən bu fərman 8800 şəxsin ailəsinə şamil olunacaq.

S.Müslümov qeyd edib: "Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq".

Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş veriləcək./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər