Qarşı tərəfin təklifi əsasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyası Xarici İşlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər.