30 Aprel 2018 15:45
4 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərraca çıxarılan əmlaklar müəyyən müddətdən sonra 50 faiz endirimlə satışa çıxarılır.

Bunu Teleqraf.com-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

Onun sözlərinə görə, hərraca çıxarılan nəqliyyat vasitələri də eynilə müəyyən müddətdə sonra satılmadıqda yenidən endirimli qiymətlə təklif olunur:

“Əvvəl 10, sonra 25, ən sonda da 50 faiz endirim edilir. Əmlakların hərracda hansı endirim üzrə satılması investorların marağından asılıdır. Onlar istənilən vaxt istənilən hərracda iştirak edib, əmlak ala bilələr. Fərq etmir, endirim olsun, ya yox. Heç bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin tabeli təşkilatı olan “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin nəqliyyat vasitələri aprelin 17-də 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılıb.

Hərracda satılmayan nəqliyyat vasitələri isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 18-də həmin 25 faiz endirimlə hərraca çıxarılacaq.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər