1 İyun 2018 15:01
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samur gömrük məntəqsindən 2018-ci ilin may ayı ərzində ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

Teleqraf.com xəbər verir ki, jurnalistlərə bu barədə məlumatı qurumun Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin texnoloji innovasiyalar idarəsinin rəisi Azər Abbasov deyib.

O qeyd edib ki, bir saat ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 15-20 maşın yoxlanılır: "Gün ərzində isə təxminən 200-250-yə yaxın minik avtomobili və eyni sayda yük avtomobilləri keçir. İdxal və ixrac xətlərinin hər birində eyni anda 3 yük avtomobilinin yoxlaması mümkündür. Bir yük avtomobilinin yoxlanılma prosesi 15-20 dəqiqə, minik avtomobilinin yoxlanışı isə 5 dəqiqə ərzində tamamlanır".

Qeyd edək ki, may ayının 29-dan etibarən DGK yeni xidmətini aktivləşdirib. Artıq sahibkarlar nəqliyyat vasitələrinin təyinat məntəqəsinə çatması haqqında "sms" vasitəsilə dərhal məlumat əldə edə biləcəklər.

Bundan başqa, Gürcüstan, Ukrayna və İranla birbaşa informasiya mübadiləsi apararaq gömrükdə gözləmə müddəti minimuma endirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər