23 İyun 2018 14:38
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən qadınlar qızıl-zinət əşyalarını boyunlarına-qollarına taxaraq, öz əşyaları kimi gömrükdən keçirməyə çalışırlar. Amma bununla bağlı da müddəa var. Hər bir vətəndaş maksimum 20 qram qızıl, 0.5 karat almaz keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib.

O bildirib ki, göstərilən miqdardan artıq zinət əşyası keçirilərsə, qanun çərçivəsində tədbirlər görülür: “Sərhəddən zinət əşyalarının keçirilməsi qanunla nəzərdə tutulan miqdarda olmalıdır. Artığına icazə verilmir. Ya vətəndaş geri qaytarılır, ya da malın artıq hissəsi saxlanc anbarına verilir. Vətəndaş daha sonra gəlib malını geri apara bilər".

Rövşən Namazov onu da qeyd edib ki, Mərkəzi Bankın qərarına əsasən, bir şəxs üzərində 10 min dollardan artıq pulla sərhəddən keçə bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər