Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.
Teleqraf.com Modern.az-a istinadən xəbər verir ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.
Eks-nazirin Türkiyəyə aparılması məlumatlarını dəqiqləşdirmək üçün uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçerlə əlaqə saxlanılıb.
S.Dinçer Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:
“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.
S.Dinçer Fazil Məmmədovun bu dəfə yaranmış narahatlığı ilə bağlı Türkiyəyə gəlmədiyini, Amerikada müalicə aldığını vurğulayıb.