4 İyul 2018 00:53
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında ABŞ istehsalı olan helikopterlər (“Bell-412”) var. Ermənistanın bununla bağlı irəli sürdüyü iddialar həqiqəti əks etdirmir.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi eksert Rəşad Süleymanov deyib.

Ekspertlərin sözlərinə görə, ermənilər başa düşürlər ki, qondarma iddialarla qarın doydurmaq mümkün deyil:

“Başda ABŞ olmaqla, bütün Qərb dövlətləri Azərbaycana silah satmaqda, Azərbaycanla çoxşaxəli əməkdaşlıq etməkdə maraqlıdır. Yaxın perspektivdə bununla bağlı yeni proseslərin şahidi olacağıq. Çünki Azərbaycan böyük silah alıcısıdır və böyük bazardır. Azərbaycan post-Sovet məkanının ən böyük bazarıdır və heç kəs bu bazarı əldən qaçırmaq istəmir.

ABŞ helikopterlərinə gəlincə, bu texnikaların hansı formada alındığı açıqlanmır. Ermənilər bu haqda nə qədər düşünsələr, o qədər yaxşıdır. Reallıq budur ki, həmin helikopterlər Azərbaycan ordusunun istifadəsindədir. Bu baxımdan, Ermənistanın narahatlığı anlaşılandır. Çünki nəinki ABŞ, Ermənistanın KTMT-dəki müttəfiqləri də, Azərbaycana silah satırlar. Belarus və Rusiyadan ən müasir silahların alıcısıyıq. Həmin ölkələrin özləri də, Azərbaycana silah satmaqda maraqlıdırlar”.

Rəşad Süleymanov bildirib ki, Slovakiya və Çexiya da, Ermənistanın narazılıqlarına baxmayaraq, öz silahlarını Azərbaycana satmağa böyük maraq göstərir:

“Yaxın zamanlarda Avropadan Ermənistanı şoka salacaq silahlar alınacaq. Silah alınacaq yeni ölkələr arasında Ermənistanın digər müttəfiqləri də ola bilər. Ermənistanın daimi dəstəkçisi olan Fransa da, öz qapılarını Azərbaycana açıb. Fransa Azərbaycana müəyyən silahlarını satmaqda maraqlı olduğunu bəyan edib. İtaliya da, Azərbaycana öz silahlarını təklif edib. Artıq dünya ermənilərin qondarma yalanlarıyla məşğul olmaq niyyətində deyil. Bu məşğuliyyət onlara pul qazandırmır.

Avropa ölkələri Azərbaycanla çoxşaxəli hərbi əməkdaşlıq etməyə hazırdırlar. Məlumat var ki, ABŞ-ın bir sıra silah şirkətləri də, silahla bağlı Azərbaycana qoyulmuş embarqoların yumşaldılmasını təklif edirlər. Həmin şirkətlər Azərbaycana müxtəlif təyinatlı silah və texnikaların satılmasını istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər