8 İyul 2018 21:16
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kristina Rikardson adlı gənc xanım hekayəsi ilə milyonları şok edib. 35 yaşlı Rikardson Braziliyada vəhşi yaşamın hökm sürdüyü bir bölgədə böyüdüyünü, mağarada 5 ildən çox qaldığını iddia edib. Anası ilə birlikdə mağarada yaşayan qadın dəfələrlə pələng tərəfindən yeyilmə təhlükəsi ilə üzləşdiyini, amma bundan xilas olduğunu, uşaqlığının ölüm qorxusu içində keçdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bütün bu şok iddialar Kristina Rikardson “Gəzməyi əsla dayandırma” adlı kitabında yazıb.

Mağarada yaşadıqları dövrdə çox vaxt ac qaldıqları üçün anası ilə dava etdiklərini, hətta bu səbəbdən bir uşağı öldürdüklərini də etiraf edib.

Kitabında qeyd edib ki, mağarada yaşadığı dövrdə anası ilə birlikdə quş əti ilə günlərini keçirməyə çalışıblar.

Rikardson hazırda İsveçrədə yaşayır. Ətrafındakı insanların çoxu onun keçmişi haqqında bilgiyə sahib deyil.

Rikardsson 1990-cı ildə İsveçli bir ailə tərəfindən övladlığa götürülüb. Məhz bu dövrdən onun yaşamı əvvəlki illərlə müqayisədə çox dəyişib.


Müəllif: Cavad

Oxşar xəbərlər