2 Avqust 2018 17:55
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həqiqət müqayisədə üzə çıxır. Müqayisə etdikdə görürük ki, avstriyalı aldığı maaşla azərbaycanlıdan 2 dəfə az metrodan istifadə edə bilir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

O qeyd edib ki, Avstriyada metroda bir gedişin qiyməti 2,4 avrodur, yəni 4,8 AZN-dir:

“Avstriyada orta aylıq əmək haqqı 2324 avrodur. Orta hesabla bir avstriyalı 1 ayda aldığı maaşla 968 dəfə metrodan istifadə edə bilər. Azərbaycanda metroda gediş haqqı 0,30 manatdır. Azərbaycanda orta aylıq əmək haqqı isə 540 manatdır. Orta hesabla bir azərbaycanlı bir ayda aldığı maaşla 1800 dəfə metrodan istifadə edə bilər.

Baxmayaraq ki, Avstriyanın ümumi daxili məhsulu 416 milyard dollar, Azərbaycanınkı isə 41 milyard dollardır. Yəni 10 dəfə çox. Əhalinin sayı da təqribi hər iki ölkədə yaxın olduğundan, onda demək olar ki, bir avstriyalının əmək məhsuldarlığı bir azərbaycanlının əmək məhsuldarlığından 10 dəfə çox olsa da, avstriyalı qazandığı pulla azərbaycanlıdan 2 dəfə az metrodan istifadə edə bilir”.

T.Mirkişili əlavə edib ki, demək, əsas məsələ qiymətin az və ya çox olması deyil, bəlli imkanlardan neçə dəfə yararlana bilməkdir:

“Müqayısədə Vyana metrosunda olan differensiallaşmış tariflərdən istifadə olunmayıb. Çünki Azərbaycan metrosunda hələlik differensiallaşmış tariflər mövcud deyil”.


Müəllif: Səxavət

Oxşar xəbərlər