Toledo Universitetinin alimləri müasir telefonların displeyindən əks olunan mavi rənglrərin görmə qabiliyyətinin itməsinə səbəb olduğunu müəyyən ediblər.
Teleqraf.com xəbər verir ki, buna səbəb torlu qişa hüceyrələrində mövcud olan retinal kimyəvi maddəsindən ayrılan toksik formadır.
Alimlərin sözlərinə görə, yaşla əlaqədar torlu qişa hüceyrələrini qidalandıran damarların məhvi baş verir. Yaşı 55-dən yuxarı insanlarda qeydə alınan korluq hallarının təxminən 50%-i sarı ləkə (makulodistrofiya) degenerasiyası ilə bağlıdır.