ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin edilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu vəzifəni bundan sonra Nik Barnet icra edəcək.
O, əvvəllər ABŞ-ın Tacikistandakı səfirliyində və BMT-dəki ofisində fəaliyyət göstərib. Sonuncu iş yeri isə ABŞ-ın Rusiyadakı səfirliyi olub.
Xatırladaq ki, Nik Barnet bu vəzifədə Conas Styuartı əvəz edəcək.