20 Avqust 2014 14:00
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.


Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 58 yaşlı Mehmet Yaylak vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.


Teleqraf.com-un məlumata görə, Mehmet Yaylak Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.


Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.


Müəllif:

Oxşar xəbərlər