25 Sentyabr 2018 12:45
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda qanunsuz ov edən şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar rayon Polis şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə Cəlilabad rayon sakinləri Səfər Əhmədovdan “Cifsan” və Çingiz Əliyevdən “TOZ-63” markalı müvafiq sənədləri olan ov tüfəngləri və 12 ədəd patron götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər