25 Sentyabr 2018 23:45
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin “ASELSAN” şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Haluk Görgün “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər