21 Avqust 2014 11:12
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Salyan rayonu, A.Ağabəyov küçəsində fəaliyyət göstərən “Salyan Qida Məhsulları” İstehsalat Kommersiya Şirkətinə (İKŞ) məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.

İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə pivə istehsalının reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, sənədli şəkildə təsdiqlənmədiyi halda istehsal olunan pivələrin qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə çeşidlərindən biri olması barədə qeyri-dəqiq reklamın verildiyi aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar dövlət xidməti tərəfindən “Salyan Qida Məhsulları” İKŞ barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər