Heydər Əliyev sarayı bu mövsümə də ciddi şəkildə hazırlaşır.
Saray yeni konsert mövsümünü sentyabrın 19-da “İsti payızın sərin nəğmələri” adlı geniş konsert proqramı ilə açacaq.
Konsertdə ölkənin ən tanınmış sənətçilərinin - xalq artistləri, əməkdar artistlər, muğam ustaları, tanınmış müğənnilər və rəqs qruplarının iştirakı nəzərdə tutulur.
/Axar.az/