10 Oktyabr 2018 09:36
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:

• Şəxsiyyət vəsiqəsinin əsli və surəti

• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti

• Tərcümeyi-hal

• Sağlamlıq haqqında arayış

• Hərbi bilet (mövcud olduğu halda)

• Əmək kitabçası (mövcud olduğu halda)

• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)

• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd

• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər