18 Oktyabr 2018 18:41
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindın Teleqraf.com-a verilən məlumata görə Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.

Yol boyu yeni yol yatağı inşa olunub. Bu çərçivədə yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1.4 metr hündürlüyə qaldırılıb. Daha sonra lazımi qalınqlarda optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılıb.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri start verilib. Asfaltlanma işləri yolun təqribən 100 min kv.m sahəsində aparılır.

Bundan başqa layihəyə uyğun olaraq 2 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton boru quraşdırılıb. Layihənin zəruri ərazilərində yeni piyda səkiləri və yol ayrıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.

Qeyd edək ki, Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, sərnişin daşıması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq.


Müəllif: Aytən

Oxşar xəbərlər