22 Oktyabr 2018 16:32
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəndin mərkəzində oğlumu daşla, lomla, küt ələtlərlə vurub öldürüblər”.

Bu sözləri Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun atası deyib.

Onun sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində baş verib:

“Mənim səhər xəbərim oldu. Dedilər ki, qonşuluqda olan gəlinlə qoşulub qaçıb. Bir-birini seviblər, çıxıb gediblər. Sonra əmim nəvəsigil onları Bakıdan tapıb gətiriblər. Kəndin mərkəzində xeyli adam döyərək öldürüb.

Evli olması ilə bağlı deyilənlər yalandır. Oğlumun 25 yaşı var, subaydır”.

Qeyd edək ki, qətlə yetirilən Elşad Əsədov artıq dəfn olunub./“Qafqazinfo”/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər