31 Oktyabr 2018 09:12
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

170-dən çox kitabın müəllifi Lyubik Çibuxçyan vaxtilə Ermənistanda bütün titullara malik olan yazıçılardan olub. Hətta Rusiya Prezidenti Vladimir Putin haqqında kitab yazaraq onu dövlət başçısının özünə təqdim etmişdi. Tavuş rayonunda yaxşı vəzifədə də işləyirdi. Özünün dediyinə görə, onun tək hobbisi bizim muğam ifaçısı Elnarə Abdullayevanın mahnılarına qulaq asmaq olub. Buna görə də 2014-cü ildə “Elnara” adlı kitabını dərc etdirib. Bütün qara günləri də bundan sonra başlayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri ermənişünas alim İsmayıl Tanrıverdi bildirib.

Onun sözlərinə görə, bu kitaba görə erməni hakim dairələri yazıçını bütün titullardan məhrum etməklə kifayətlənməyib, vəzifəsindən də uzaqlaşdırıblar: “Lyubik Çibuxçyan o zamankı prezident Serj Sərkisyana 12 şikayət məktubu yazsa da, heç birinə cavab almayıb. Buna baxmayaraq, o, Serj Sərkisyanın şərəfinə “Sən millətin kimi hamıdan böyüksən, Serj” adlı kitab da yazıb”.

İsmayıl Tanrıverdi qeyd edib ki, o, Serj Sərkisyandan yenə də cavab almayıb və indi ümidi Nikol Paşinyanadır: “Buna görə də ona həsr etdiyi yeni “İcevan planetindən enmiş xilaskar” adlı kitabını dərc etdirib. Paşinyan isə hələ ki öz problemləri ilə məşğuldur. Bir sözlə, gah nala, gah da mıxa vuran naəlac yazıçı Çibuxçyanın ümidi Allaha qalıb”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər