1 Noyabr 2018 01:00
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin ilk evliliyindən olan qızı Aliyə "Mir" telekanalının efirində "Vo ves qolos" musiqili şousunda Azərbaycanı təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Aliyə Əliyevanın anası Sara Axundova sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, noyabrın 15-dən etibarən 9 ölkəni təmsil edən 9 komanda birinci yer uğrunda mübarizə aparacaq: "Yarışa qatılan uşaqların hamısı istedadlıdır, onlar öz tamaşaçılarını sevindirməyə çalışacaqlar. Hər kəsə uğurlar", - deyə Sara Axundova vurğulayıb.

Qeyd edək ki, Aliyə bir müddət öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnən “Mən səni sevirəm” adlı mahnı ifa etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər