“Mövcud olmayan ölkə.... Ermənistan Qafqazda?..” sənədli filmi erməni saxtakarlığına tutarlı cavabdır.
Teleqraf.com xəbər verir ki, 6 hissədən ibarət olan filmin ilk iki hissəsi Rusiya tarixi ilinə həsr edilib. Bu hissələrdə Rusiya imperatorlarının erməni ekstremizminə qarşı sərt qərarları haqqında nadir dəlillər təqdim edilib.
Filmdə vurğulanır ki, erməni millətçiləri tarixin müxtəlif dövrlərində Rusiya dövlətçiliyinin əsaslarını sarsıtmağa çalışıblar. Lakin onların dağıdıcı fəaliyyəti yüksək həddə çatanda imperatriçə Yelizaveta, çarlar I Nikolay, III Aleksandr və II Nikolay müvafiq fərmanlar veriblər. Həmin fərmanlar erməni millətçilərinin Cənubi Qafqaz ərazisində törətdikləri cinayətləri ifşa edir.
Qeyd edək ki, "AZER-GLOBE" İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin ərsəyə gətirdiyi filmin bütün hissələri YouTube portalında yerləşdirilib.