15 Noyabr 2018 14:00
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, E.Əzizov bu ilin iyulun 16-dan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini daşıyırdı.

Teleqraf.com paytaxtın yeni icra hakimiyyəti başçısının ömürlüyünü təqdim edir.

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun (indiki Səbail rayonu) birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1998-ci ildən Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2015-ci ildə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Əzizov bu vəzifədə 2018-ci ilin iyulunadək çalışıb. İyulun 16-da Azərbaycan Prezidentinin imzaladığı sərəncamla Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

1980-ci ildə SSRİ-nin "Şərəf nişanı" ordeni, 2017-ci 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, iki övladı var.


Müəllif: Səxavət

Oxşar xəbərlər