"Bəzi insanlar açıqlama verir ki, Dövlət İmtahan Mərkəzinin bütün imtahanları pulludur. Bu, yanlış məlumatdır. DİM yaranan zaman dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın təmiz, düzgün keçirilməsi üçün bu, normaıdır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar".
Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti " mövzusunda konfransda çıxışında deyib.
Məleykə Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyəti 210 nəfərdən ibarətdir: "Təbii ki, qeyd olunan həcmdə tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var"./Report/