20 Noyabr 2018 12:46
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Teleqraf.com-a bildirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi yəyinatlı maşın və digər mexanizmlər cəlb olunub. Bütün səylərə baxmayaraq, kollektrorda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektrorun 4 m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib.

Adi hallarda kollektorda tutulmalar bir neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi 3 gündən artıq vaxt aparıb.
Azərsu” ASC heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə çatdırır ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kolleltorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərzailərin çirkab suların altında qalmasına səbəb olur.


Müəllif: Aytən

Oxşar xəbərlər