21 Noyabr 2018 21:13
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dilində olan “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktə olunması prosesi bu işə daha çox könüllünün qoşulması nəticəsində sürətlənir.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resursları şöbəsinin müdiri Elnur Eltürk məlumat verib:

“Türkcə “Vikipediya”da ölkəmizlə bağlı məlumatların zənginləşdirilməsinə MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüsü, İstanbul Universitetinin magistrantı Mərdan Orucoğlu və tanınmış “Vikipediya” idarəçisi Araz Yaquboğlu dəstək verəcəklər.

Bununla da, türk dilində olan “Vikipediya”da Azərbaycan tarixi ilə bağlı yanlış məlumatların, boşluqların aradan qaldırılması diqqətdə saxlanılacaq.

Vikikönüllülər Azərbaycanın tarixinə və mədəniyyətinə dair etibarlı məlumatların çatdırılması məqsədilə nüfuzlu elm adamları və qəhrəmanlarımız haqqında məqalələri Azərbaycan türkcəsindən Osmanlı türkcəsinə uyğunlaşdırdıqdan sonra “Vikipediya”da yerləşdirəcəklər”.


Müəllif: Aytən

Oxşar xəbərlər