“Televiziyanın Oskar”ı kimi tanınan “Emmy” mükafatları 66-cı dəfə sahiblərinə təqdim edilib.
Teleqraf.com-un xəbərinə görə, gecənin hadisəsi isə “Breaking Bad” serialının baş rol ifaçısı Cranstonun öpüşməsi olub.
Bu il Los-Ancelesdə Nokia teatrında keçirilən mərasimdə 2014-cü ilin “Emmy” mükafatlarının təqdimetmə mərasimində bir çox məşhur seriallar yarışdı.
Komediya nominasiyasında “ən yaxşı qadın aktrisa” mükafatına layıq görülən Julia Louis-Dreyfus mükafatı alan zaman sürprizlə qarşılaşıb. Belə ki, “Breaking Bad” serialının baş rol ifaçısı Bryan Cranstonun qəfil öpüşü onu şoka salıb.
Öncə nə baş verdiyini anlamayan gözəl aktrisa sonradan ona qarşılıq verib. Məsələni bu yerdə görən aparıcı aktyorları dayandırmaq məcburiyyətində qalıb...
Ülkər