15 Dekabr 2018 00:58
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda "Trend of the Year” 2018 mükafatının laureatlarının adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, "Trend of the Year” 2018 Mükafatı sahiblərinə 17 dekabr 2018-ci il tarixində təqdim olunacaq.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər iştirak edəcəklər.

Qeyd edək ki, mükafat alacaq bəzi məşhurların "Trend of th Year” sosial şəbəkəsində adları açıqlanıb. Faiq Ağayev, Xatirə İslam, Vüqar İmanov, Nigar İbrahimova, Gülnarə Xəlilova, Elza Seyidcahan, Elşən Gəncəvi, Gülüstan Əliyeva, Emin Bədəlov, Niyam Salami, Elnarə Xəlilova, Rahidə Baxışova, Roza Zərgərli, İzzət Bağırov, Aysel Əlizadə, Aydan Kamilova və başqa tanınmış şəxslər mükafatçılar siyahısındadır.

Bir müddətdir sosial şəbəkələrin mövzusuna çevrilmiş "Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib.

Təqdimat mərasimi 17 dekabr, 19:00 tarixində Flame Towers – Park Cinema IMAX-da baş tutacaq.


Müəllif: Teleqraf.com