17 Dekabr 2018 15:34
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan Milli Hökumətinin (21 Azər Hərəkatı) yaradılmasının 73-cü ildönümü ilə bağlı Türkiyədə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, “Ora türkün gizli yarası - Güney Azərbaycan” adlanan tədbir Əskişəhər Bələdiyyə İdarəsində baş tutub.

Tədbirdə Azərbaycan, Türkiyə və türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Güney Azərbaycan Milli Hökumətinin himnləri səsləndirilib.

Əskişəhərdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə keçirilən tədbir panel çıxışlar və konsert proqramından ibarət olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər