20 Dekabr 2018 15:04
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidentinin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha onu göstərir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi maddi köməklə yanaşı mənəvi dayaqdır: “Bu, xüsusilə məcburi köçkün və qaçqınlarımız, şəhid ailələri, sosial təbəqəyə aid insanlara diqqətin, onlara olan rəğbətinin göstəricisidir.

Ölkə başçısının sərəncamı dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürüdür. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə diqqət, müharibədə həlak olan şəhidlərin vərəsələrinə maddi dəstək verilməsi cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mahiyyətidir. Onlara olan qayğı dövlət siyasəti olaraq, mütəmadi həyata keçirilir”.

Aydın Hüseynov qeyd edib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərin əsas məqsədi əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsini gücləndirməkdir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər