Məktəbdə yeni il şənliyi keçiriləcək.
Teleqraf.com ARB TV-yə istinadla xəbər verir ki, söhbət paytaxtda fəaliyyət göstərən 194 saylı tam orta məktəbdən gedir.
Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir. Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.