24 Dekabr 2018 21:28
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq aktiv şəkildə inkişaf edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya hərbi müəssisələrinə tətbiq edilən sanksiyalar bu sahədə Azərbaycanla əməkdaşlığa təsir edə bilərmi” sualını cavablandıran diplomat bildirib ki, Rusiya müəssisələrinə tətbiq olunan sanksiyalar legitim deyil:

“Biz praktikada görürük ki, onlar daha çox sanksiya tətbiq edən ölkələrin bizneslərinin beynəlxalq arenada digər ölkələrdən olan rəqibləri üzərində üstünlüyünü tətbiq etmək üçün şamil olunur. Ona görə də bizim üçün sanksiyalar xarici ölkələrlə qurduğumuz münasibətlərdə faktor rolunu oynamır”.

Mixail Boçarnikov söyləyib ki, Rusiya ilə Azərbaycanın müdafiə nazirləri il ərzində bir neçə dəfə görüşürlər:

“Bu il Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya üç dəfə gəlib. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərin Azərbaycan limanlarına dostcasına yanaşmaları həyata keçirilir”, - deyə Boçarnikov vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycan son bir neçə ildə aktiv şəkildə Rusiyanın hərbi müsabiqələrində iştirak edir:

“Bu isə bir daha ölkələrimiz arasında qarşılıqlı anlaşma ruhunu göstərir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər