30 Dekabr 2018 17:14
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmmuniteti gücləndirmək xəstəliklərdən qorunmaq üçün önəmli bir faktordur. Bəs immun sisteminizi gündəlik yeməklə gücləndirməyi bilirsinizmi?

Teleqraf.com süfrənizdən əsla əskik etməməli olduğunuz qidaları təqdim edir.

Badam
Qələvi immun sistemini gücləndirmək baxımından olduqca önəmlidir. Badam da tərkibində qələvi olan vacib qidalardan biridir və bir çox xəstəliyin artmasının qarşısını alır.
Tərkibində bol miqdarda E vitamini olan badam xərçəng xəstəliklərinə tutulma riskini azaldır və ürək sağlamlığını qoruyur.

Cəviz
Cəviz içərisində bol miqdarda lif və mineral olan faydalı bir çərəzdir. Araşdırmaya görə, cəvizin içərisində çox miqdarda omega 3 olduğundan infarkt riskinin qarşısını alır.

Yumurta

Protein tərkibli yumurta əzələ və sümük inkişafı üçün önəmlidir. Yumurta bəsləyici bir qidadır, tərkibindəki vitamin və amin turşusu ilə bədəninizi bəsləyir. Yumurta beyin üçün də yararlıdır. Yaddaş zəifliyi, hafizənin itməsinə qarşı müntəzəm olaraq yumurta yeyə bilərsiniz. Döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır.

Yer fıstığı
Yer fıstığının tərkibində protein, yağ və E vitamini var, faydaları isə bunlardır: Ürəyə xeyri var, qandakı xolesterinin miqdarını azaldaraq ürək və damar xəstəlikləri riskini azaldır. Başda döş, prostat və qalın bağırsaq xərçəngi olmaq üzrə xərçəngə qarşı qoruyur.

Doşab
Doşab və doşab suyu süfrəmizdə mütləq olmalıdır. Faydaları isə bunlardır: Doşab qan artırır, qəbzlik probleminə kömək edir, ürək sağlamlığını qoruyur, stressi azaldır, xərçəngin qarşısını alır, enerji verir, əzələ və sümükləri gücləndirir, yuxu problemini aradan qaldırır.


Müəllif: Aytən

Oxşar xəbərlər