10 Yanvar 2019 20:19
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş bu gün baş tutub.

T.Gəncəliyev görüşlə bağlı aşağıdakıları qeyd edib:

“Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri xanım Karol Krofts ilə görüşməkdən şərəf duydum. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdıraraq, Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim”.


Müəllif: Səxavət Həmid