21 Yanvar 2019 18:17
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın nəqliyyat sektorunda öz funksiyasını uğurla yerinə yetirir.

Bu sözləri Teleqraf.com-a agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:

“BNA-nın həm sərnişindaşıma, həm də yol hərəkətinin təşkili ilə bağlı həyata keçirdikləri göz önündədir. Hər hansı tənqidi fikrə sözlə deyil, real işlə cavab vermək daha doğru olar”.

Qeyd edək ki, iqtisadçı Samir İsmayılov sosial şəbəkədə yazdığı statusda BNA-nı ləğv edilməli qurumlardan biri kimi göstərib.

Onun sözlərinə görə, DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi olduğu halda Nazirlər Kabinetinin yanında əlavə bir qurumun saxlanılması beşinci təkəri xatırladır:

"Fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib. Belə görünür ki, BNA tıxac probleminin həllini parkinq yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama verib. Parkiq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur.

Bakı piyada üçün heç bir infrastrukturu olmayan nadir paytaxtlardan biridir. Misal üçün, Bakıda əksər keçidlərdə piyadalar üçün işıqforlar ya nəzərdə tutulmayıb, ya işləmir, ya da mövcud tələblərə cavab vermir. Şəhərin lap mərkəzində səkilər yoxdur, ya da bağlanıb. BNA bu problemi həll etmək əvəzinə səki olan ərazilərdə dəmir dirəklər və məhəccərlər qurur”.


Müəllif: Aytən