23 Yanvar 2019 18:06
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon Polis şöbəsində kadr dəyişiklikləri olub.

Teymur Əfəndiyev Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Əhmədağa oğlu Qədirova yeni müavin təyin olunub. O, bu təyinatədək Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi işləyib.

Bundan əlavə, polis mayoru Elnur Heydərli Goranboy rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib. O, bu təyinatadək Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində çalışıb. Goranboy rayon Polis şöbəsi İstintaq bölməsinin əvvəlki rəisi, polis mayoru Elçin Əzizov isə Samux rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsinə təyin olunub./Report/


Müəllif: Teleqraf.com