12 Fevral 2019 18:05
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

II qrup Qarabağ müharibəsi əlili Əliyev Müşfiq Sərdar oğlu faciəli şəkildə həlak olub.

Teleqraf.com xəbər verir ki, o, avtomobil qəzasında dünyasını dəyişib.

Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlilidir.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu Qarabağ qazisinin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com